XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 21:36

Biləsuvarda avtomobil aşaraq yanıb:xəsarət alan var

Biləsuvar rayonunda yol qəzası baş verib.

Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Muradov Qeyrət Piri oğlu “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini aşırıb. Avtomobil sonra yanmağa başlayıb.

Hadisə yerinə vaxtında çatan FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alışan avtomobildən yaralı sürücünü xilas ediblər.

Q.Muradov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /Report