XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 10:53

Azərbaycanda yaşayan xarici vətəndaşlar peyvənd olunacaqmı?- TƏBİB açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının koronavirus əleyhinə vaksin olunub-olunmayacağına aydınlıq gətirib.

Qurumdan “Report”a bildirilib ki, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi ilə vaksinasiya aparılır. Bu gündən etibarən 50 yaş və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.