XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 21:52

NRYTN gücləndirilmiş iş rejiminə keçdi- Hava şəraiti ilə bağlı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Trend xəbər verir ki, nazirliyin tabeliyində olan qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Bura məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili üzrə müvafiq tədbirlərin görülməsi daxildir.