XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 23:26

Bu rayonlara güclü qar yağır –FOTOLAR

Saat 22:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Ağdam, Oğuz, Qəbələ, Şamaxı, Mərəzə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Göytəpə, Lənkəran, Astara, Xınalıq, Pirallahı, Maştağa, Binə, Şabran, Nabran, Ceyrançöl, Sarıbaş (Qax), Xaltan, Quba, Xaçmaz, Şəki, Qrız, Tovuz, Zaqatala, Ağstafa, Kişçay (Şəki), Qusar, Gədəbəy, Şahdağ, Daşkəsən, Gəncə, Şəmkir, Şəki, Balakəndə yağıntı müşahidə edilir, qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Strateq.az-a bildirilib ki, şimal-qərb küləyi Naftalanda 28, Neftçalada 26, Tərtərdə 25, Gəncədə 24, Şəmkir, Salyanda 18, Xaçmaz, Şəki, Hacıqabul, Qrızda 16, Qum adasında 24, Bakıda 21, Sumqayıtda 20, Maştağa, Pirallahıda 17, Çilov adası, Neft Daşlarında 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.

***

Gəncə şəhərində küləklə müşahidə olunan qar yağır.

Məlumata görə, qar ciddi fəsadlar törətməsə də küləklə müşahidə olunan yağıntı avtomobillərin hərəkətində çətinliklər yaradır. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyd edək ki, Gəncə şəhərində sonuncu dəfə 2016-ci ildə bu cür qar yağıb.

Hazırda Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlarda da yağıntılı hava şəraiti davam edir/Report.