XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 20:16

Putinlə Lukaşenko görüşəcək – Rusiyada

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko görüşəcəklər.

Bu barədə A. Lukaşenko Belarus-Rusiya İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota ilə görüşdə bildirib.

“Mən və Putin xeyli müddət əvvəl fevralın 20-dən sonra görüşüb, iki ölkə arasında əməkdaşlığın bəzi sahələri barədə müzakirələr aparmaq barədə razılığa gəlmişik. Lakin dərhal deməliyəm ki, bəziləri gündəmi tutur və iddia edirlər ki, guya mən Rusiyaya 3 milyard dollar istəmək üçün gedirəm. Xeyr, mən Rusiyaya nə isə istəməyə getmirəm”, – deyə Belarus dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə də görüşəməyi planlaşdırır/APA.