XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 21:48

“Soyuq atmosfer siklonları artıq ölkəni tərk edir, intensiv yağıntılar gözlənilmir”- Umayra Tağıyeva

Bu gün və fevralın 19-da gecə və səhər saatlarında respublikanın bəzi bölgələrində yağıntılar müşahidə olunacaq. Lakin proses zəiflədiyindən intensiv güclü yağıntılar gözlənilmir.

Bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Türkiyə ərazisindən ölkəmizə daxil olan soyuq atmosfer siklonları artıq respublika ərazisini tərk edir. Buna görə də bugün gün ərzində bölgələrdə intensiv yağıntılar gözlənilmir:

“Lakin ötən gecə respublikanın bir sıra rayonlarında intensiv qar yağdı. Ən çox düşən yağıntının miqdarı Kicik Qafqazın ərazilərində müşahidə olundu. Gəncə və Ağstafa rayonlarında bir sutka ərzində düşən yağıntının miqdarı aylıq yağıntı normasına yaxın oldu. Bu bölgədə 28 sm-lik qar örtüyü yaranıb. Böyük Qafqazın ərazilərində qarın hündürlüyü 40 sm-ə qədər olub. Burada havanın temperaturu kəskin enərək dağlıq və yüksək dağlıq ərazilərdə mənfi 14 dərəcəyədək aşağı enib”.