XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2021 - 22:43

Baş nazir:“Vətən müharibəsində Türkiyənin dəstəyi Azərbaycanın tək olmadığının mesajı idi”

“44 günlük Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin Azərbaycanın haqq işinə verdiyi dəstək bizə əlavə güc verdi”.

APA-nın məlumatına görə, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

Baş nazir bildirib ki, bu dəstək bütün dünyaya Azərbaycanın tək olmadığının mesajı idi: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycan da birmənalı şəkildə qardaş Türkiyənin yanındadır”.