XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2021 - 12:43

Şair Eldar İsmayıl vəfat edib

Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, şair Eldar İsmayıl Böyüktürk vəfat edib.

Strateq.az xəbər verir ki, o, bu gün 79 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, E.İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub.

2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, “Xüsusi mükafat”a layiq görülmüş “Göyçənin qisası qalır” və “Səttar oğlu” tarixi romanlarının, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Ağrı dağı qədər ağrılarım var”, “Ermənistan türklərinin 1988-ci il soyqırımı” publisistik əsərlərinin müəllifidir.

E.İsmayıla 2010-cu ilin sentyabrın 20-də ona Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı verilib.