XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2021 - 21:15

WhatsApp yeni qaydaları qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edəcək

“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, 15 may tarixinədək istifadəçilər bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə “WhatsApp” tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, “WhatsApp” qeydiyyat müqaviləsinə fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bənd əlavə edərə istifadəçilərinin tənqidinə səbəb olub.