XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Fevral 2021 - 00:11

Rus ailələri Azərbaycanın azad edilmiş ərazilərindəki doğma evlərinə qayıtmaq istəyir

Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra bir neçə rus ailəsi bu ərazilərə qayıtmaq üçün müraciət edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Mixail Zabelin deyib.

Onun sözlərini görə, indiyədək Goranboy rayonunun Rus Borisi kəndindən 15 ailə müraciət edib. Bundan başqa, Rusiyanın Krasnodar diyarından molokanlardan müraciət daxil olub. Bu ailələr əvvəllər Tərtər rayonunun işğal olunmuş Göyarx kəndində yaşayıb və erməni təcavüzü nəticəsində oradan köçürülüb.

Deputat bildirib ki, müraciət edənlər faktı təsdiq edən sənədlər və fotolar da göndərir:

“Bu kənd hazırda dağıdılıb. Müraciət edənlər məndən doğma kəndlərinə qayıtmağa kömək göstərməyimi xahiş edir. Biz bu məsələni nəzərdən keçirəcəyik. Mən razılıq alınması üçün ölkə rəhbərliyinə və müvafiq strukturlara müraciət edəcəm”.

M.Zabelin vurğulayıb ki, hazırda bəzi rus ailələrinin azad edilmiş ərazilərə qayıtması məsələsi perspektivdədir və bu barədə Rusiyadan müraciətlər var. İndi bu faktları təsdiq edən sənədlərin toplanması davam edir.