XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2021 - 10:44

“Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb” –DİN

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin Quba rayonunda regional qrupundan verilən məlumata görə, ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.