XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Fevral 2021 - 12:00

Rusiyada koronavirus:ölənlərin sayı 83 mini ötüb

Rusiyada son sutka ərzində daha 12 742 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 164 726 nəfərə çatıb.

Son sutka ərzində 417 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 83 293 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü sıradadır.