XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Fevral 2021 - 15:25

“Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub” –FHN

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 77 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m² sahədə və qapı qismən yanıb.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.