XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2021 - 19:48

“3 PKK silahlısı zərərsizləşdirilib” –Türkiyə Müdafiə Nazirliyi

Suriyanın şimalında “Barış pınarı” və “Fərat qalxanı” əməliyyatı zonalarında PKK terror təşkilatının Suriya qanadı YPG-nin üç silahlısı zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlikdə qeyd ediblər ki, iki terrorçu “Barış pınarı” zonasına girməyə çalışıb, daha bir silahlı “Fərat qalxanı” əməliyyatının keçirilməsinin zonasına hücum planlaşdırıb.

Terrorçular vaxtında aşkar ediliblər və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin dəstəsi tərəfindən zərərsizləşdiriliblər.

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK Türkiyədə bir sıra cinayətlər həyata keçirib.