XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 00:02

Bakıda tanınmış şirkətin əməkdaşı qəza törətdi –Özü, arvadı və oğlu yaralandı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

qeza

Strateq.az "report"a istinadən xəbər verir ki, H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini 52 yaşlı İbrahim Qədimov sürdüyü "Chevrolet" markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub.

Hadisə nəticəsində İ.Qədimov özü, arvadı – 47 yaşlı Aidə Zeynalova və oğlu – 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan "Chevrolet" markalı avtomobil "Performance Center" şirkətinə məxsusdur.

Xatırladaq ki, "Performance Center" şirkəti 1997-ci ildə ABŞ istehsalı olan "Chevrolet" və "Cadillac" avtomobillərinin Azərbaycandakı rəsmi dilleri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diller müqaviləsinə əsasən Rusiya istehsalı olan "Chevrolet Niva" avtomobillərini təqdim edir.

2006-ci ilin fevral ayından etibarən “Performance Center” Şirkəti Koreya istehsalı olan "Chevrolet" avtomobillərin sifarişinə və satışına başlayıb.