XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2021 - 23:07

Deputat:"Sədərəyi mühüm strateji əhəmiyyətə malik olan rayona çevirmək olar”

“İdarəçilik baxımdan Şərur və Sədərək rayonlarında edilən bu dəyişiklik məqsədə müvafiqdir. Bu addımın atılması faydalı olacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat İsa Həbibbəyli deyib.

Deputat bildirib ki, Dəmirçi kəndinin əhalisi öz işlərini daha asan və rahat həyata keçirə biləcək: “Sədərək və Dəmirçi çox yaxındır. Gələcəkdə düşmən əhalisinin yerləşdiyi, indi anklav vəziyyətdə olan Kərki kəndi və 2018-ci ildə azad edilən Günnüt kəndi də Sədərəyə yaxın yerləşir. Gələcəkdə bu məsələyə baxmaqla Sədərəyi mühüm strateji əhəmiyyətə malik olan rayona çevirmək olar”/APA