XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Fevral 2021 - 22:30

AMİP sədri:“Hər kəsin vaksinasiyaya cəlb edilməsi vacibdir”

“COVID-19 əleyhinə vaksini əldə etməklə Azərbaycan böyük nailiyyət əldə etdi”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

“Pandemiya dünyanın düzənini dəyişdi” deyən AMİP sədri hesab edir ki, buna görə də hər bir vətəndaşın vaksinasiyaya cəlb edilməsi olduqca vacibdir.

A. Əlizadə deyib ki, bu gün artıq ölkəmiz kütləvi şəkildə vaksin əldə edən çox az sayda ölkələrdən biridir: “Biz də siyasi partiya nümayəndələri olaraq bu prosesdə üzdə olmalı və təbligat aparmalıyıq”.

Onun sözlərinə görə, təmsil etdiyi partiya nümayəndələri də böyük məmnuniyyətlə peyvəndləmə prosesində iştirak edirlər/APA.