XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Fevral 2021 - 20:57

İtaliya səfirliyində bayraq yarıya qədər endirilib –FOTO

Konqo Demokratik Respublikasında İtaliya səfirinin öldürülməsi ilə əlaqədar İtaliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirib.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Qeyd edək ki, İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub. Hücum nəticəsində bir neçə nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur. Hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.