XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 02:35

Ağdamın polis rəisi:"Cəbhəboyu ərazilərə tam şəkildə Azərbaycan ordusu nəzarət edir"

aqdam-1

 

"Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq, əldə edilən uğurlar hamımızı qürurlandırır".

Bunu musavat.com-un Ağdama ezam olunmuş əməkdaşlarına açıqlamasında Ağdam Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elçin Qasımov deyib.

Polkovnik bildirib ki, ordumuzun aprelin 2-dən düşmənə qarşı həyata keçirdikləri əməliyyatlar hər bir vətəndaşı sevindirir: "Son günlər bir neçə gözəl xəbərlər almışıq. Ordumuza güvənirik. Bütün cəbhə boyu ərazilərə tam şəkildə Azərbaycan ordusu nəzarət edir. Biz də vəzifəmizin başındayıq. Gücləndirilmiş iş rejimində fəaliyyətimizi davam etdiririk. Verilən bütün əmrlərin icrasına hazırıq". 

Rayonda əhalinin əhval-ruhiyyəsinin yüksək olduğunu bildirən E.Qasımov heç bir panikanın olmadığını qeyd edib: “Hər kəs öz kəndindədir. Polis əməkdaşları da 24 saat xidməti borcunu yerinə yetirir”.

 

İ.Muradov

M.Türkmən

Ağdam