XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Fevral 2021 - 11:03

Şimal bölgəsində temperatur mənfi 14 dərəcəyədək enib

Ötən gün ölkə ərazisində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məluanata görə, ölkənin şimal rayonlarının hamısına qar yağıb.

Ən çox yağıntı Qubada qeydə alınıb. Rayon mərkəzində qarın hündürlüyü 18 sm, temperatur isə mənfi 13 dərəcə olub. Qrız kəndində 14 sm hündürlüyündə qar yağıb, temperatur mənfi 14 dərəcə olub. Xınalıqda qarın hündürlüyü 3 sm təşkil edib, temperatur  isə mənfi  11,8 dərəcəyədək enib. Xaltan kəndində isə 11 sm qar yağıb, mənfi 14 dərəcə temperatur müşahidə olunub.

Qusar şəhərində qarın hündürlüyü 8 sm-ə çatıb. Burda temperatur isə mənfi 14,5 dərəcəyədək enib.

Yağıntı həmçinin Siyəzən, Şabran, Xaçmaz rayonlarında da müşahidə olunur və yağmaqda davam edir.