XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 08:57

Ədliyyə Nazirliyi ADR-i qeydiyyata almaqdan növbəti dəfə imtina edib

Qubad İbadoğlu

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatı ilə bağlı müraciətini növbəti dəfə mənfi cavablandırıb. Ədliyyə Nazirliyi ADR Hərəkatının dövlət qeydiyyatına alınmasından ikinci dəfə imtina edərək, cavab məktubunda göstərilən və texniki xarakter daşıyan "çatımazlıqlar"ı təşkilatı qeydiyyata almamaq üçün əsas kimi göstərərək "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa istinadən sənədləri geri göndərib. Belə ki, Nazirlik ADR Hərəkatına ünvanladığı cavab məktubunda nizamnamədə idarəetmə orqanlarının səlahiyyət müddətinə və təsis qərarları ilə bağlı sənədlərin bütün təsisçilər tərəfindən imzalanmamasına irad bildirib. Nazirliyin cavab məktubunu və orda göstərilən "iradları" müzakirə edən ADR Hərəkatının İdarə heyəti onu siyası yanaşma və ictimai təşəbbüslərin boğulması istiqamətində növbəti addım kimi qiymətləndirib. İdarə Heyəti qərara alıb ki, təşkilatın " Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qeydiyyata alınması üçün sonuncu dəfə Ədliyyə Nazirliyinə müraciət etsin və əgər yenə də eyni problemlə üzləşərsə bundan sonra münasibətləri hüquqi müstəvidə aydınlaşdırmaq üçün məhkəməyə müraciət olunacaq.