XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Fevral 2021 - 13:26

“Azərişıq”:"Bir neçə ünvanda elektrik enerjisinin təchizatı ən qısa vaxtda bərpa olunacaq"

Havaların kəskin dəyişməsi, qar və çovğun səbəbindən “Azərişıq” ASC gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

ASC-dən  verilən məlumata görə, Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub.

Ötən gün axşam saatlarından başlayaraq gecə-səhərədək və hazırda da əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir. Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar Qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq.

“Onu da qeyd edək ki, öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib. Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar”, – “Azərişıq”dan bildirilib.