XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 09:56

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəlib

Onlarla birgə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də təşrif buyurub

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri – Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andriyo (Fransa) Bakıya gəlib.

Report.az xəbər verir ki, onlarla birgə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də Bakıya təşrif buyurub.

Bu gün vasitəçilərin Azərbaycan rəsmiləri ilə görüşəcəyi və görüşlər zamanı son günlərdə təmas xəttində vəziyyətin gərginləşməsinin müzakirə ediləcəyi gözlənilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vəziyyətin imkan verəcəyi ilk fürsətdə münaqişənin gərginlik müşahidə edilən zonasına səfər edəcək.

Xəbər verdiyimiz kimi, həmsədrlər aprelin 9-da Yerevana səfər edəcək.