XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 06:02

FİFA-da böyük korrupsiya qalmaqalı: ABŞ 12 nəfəri həbs etməyə hazırlaşır –XƏBƏR

FIFA.jpg

ABŞ hakimiyyəti FİFA-ya qarşı korrupsiya ittihamı irəli sürüb.

Strateq.az bildirir ki, bu barədə “Uoll- Strit Cornal” qəzeti bu gün xəbər yayıb. Məlumata görə, ABŞ hüquq mühafizə orqanları FİFA-nın Sürixdəki baş qərargahına gəlməyə hazırdırlar. Mayın 29-da burada FİFA-nın illik konqresi başlanacaq.

Qəzet bildirir ki, 12 nəfərin saxlanması planlaşdırəlır. ABŞ bir neçə ildir bu ittihamla bağlı araşdırma aparır. FİFA-nın İcraiyyə Komitəsinin üzvü çarlz Bleyzer istinatqla əməkdşalıq etməyə razılıq verdikdən sonra proses sürətlənib. Bleyzer bu futbol təşkilatının bəzi rəhbərlərinin səsi yazılmış diskləri istintaqa təhvil verib.

Məlumata görə, İsveçrə polisi korrupsiya işi ilə bağlı artıq həbslərə başlayıb.

FİFA İcraiyyə Komitəsinin iki vitse-prezidenti – Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İK üzvü Cek Uorner Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər. Onlar FİFA-nın illik toplantısında iştirak etmək üçün İsveçrədə imiş. Mayın 29-da keçiriləcək toplantıda indiki prezident Yozef Blatterin növbəti dəfə prezident seçiləcəyi gözlənilir.

ümumən 10 FİFA məmurunun həbsinə sanksiya verilib. Lakin onların bəziləri İsveçrədə deyil. Bu şəxslər bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham edilir. İttihamlar arasında reket, çirkli pulların yuyulması, dələduzluq da var.

Qeyd edək ki, FİFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Qətər dövlətinə verərkən külli miqdarda rüşvət aldığı haqda Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilib. Saxlanılanların ABŞ-a ekstradisiya olunacaqları bildirilir.