XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2021 - 21:25

Aİ ölkələrində saxta koronavirus dərmanlarının miqdarı açıqlanıb –400 milyon doza

Avropa İttifaqı (Aİ) ölkələrində dələduzlar tərəfindən indiyədək 3 milyard avroya yaxın məbləğdə 400 milyon doza saxta koronavirus dərmanları satılmağa cəhd göstərilib.

“Reuters” xəbər verir ki, bu barədə Avropa Komissiyasındakı mənbə bildirib.

Bu gün Aİ liderləri videokonfrans formatında vətəndaşların pandemiya dövründə qorunması, həmçinin yeni ştammlara qarşı dərmanlar tədarükü məsələlərinə dair müzakirələr aparacaqlar.

Bundan əvvəl Aİ koronavirus dərmanları ilə bağlı mənfi halların artması, o cümlədən bazarda saxta dərmanların dövr etməsinə dair xəbərdarlıq vermişdi.