XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2021 - 19:21

ATƏT sədrindən Yerevandakı gərginliyə reaksiya:"Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.

Bu barədə Ann Linde “Twitter”də bildirib.

“Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram. Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”, – deyə İsveç XİN başçısı qeyd edib/APA.