XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 07:16

Zakir Həsənov 28 mayla bağlı ordunun şəxsi heyətini təbrik edib –MƏTN

zakir.jpg

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 28 may -Respublika Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. Təbrik mətnində deyilir:

“Sizi 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranması respublikamızın tarixində ən əlamətdar hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusu ilə yaşaması əzmini bir daha nümayiş etdirib”.

Z.Həsənov bildirib ki, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordunun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti və şəxsi heyətin vətənpərvərlik ruhu dinamik surətdə intensiv olaraq artır:

“Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nə qədər böyük nüfuza malik olduğunun və respublikamızın tərəqqisinin təzahürüdür.

İnanıram ki, Siz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.