XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2021 - 15:48

Şabran Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub- Vilayət Eyvazov əmr imzalayıb

Şabran Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, polis general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cəmil Nəsirov Şabran RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

O, bu vaxta qədər həmin şöbədə Xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.