XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 12:15

ABŞ səfirliyi:"Davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqik"

2

“Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində bildirilir. 

"Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır. Minsk Qrupunun və ATƏT-in Almaniya Sədrliyinin dəstəyi ilə, Minsk Qrupunun həmsədrləri tərəfləri ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hərtərəfli həll üçün dərhal danışıqlara başlamağa dəvət etmək məqsədilə regiona səfər edirlər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, Amerika Birləşmiş Ştatları davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir”, – deyə açıqlamada qeyd olunur.