XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 13:14

QHT-lər toplandı –Cəbhədəki vəziyyəti müzakirə etdilər

Azay Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısını keçirib.

Report.az-ın xəbərinə görə, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək bildirib ki, Azərbaycan ordusu ermənilər üzərində qələbə çalıb. O bildirib ki, ordu çox güclüdür: “Biz son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərdə qələbə çalmışıq. Ermənistan ordusu darmadağın edilib. Biz onlardan fərqli olaraq dinc sakinlərə atəş açmırıq. Ermənilər elə bilirdi ki, Azərbaycan ordusu zəifdir, ordumuz da öz gücünü, nəyə qadir olduğunu göstərdi. Bununla da Azərbaycan məğlubluq sindromunu qırdı”.

Sonra QHT nümayəndələri çıxış ediblər. Onlar çıxışlarında Azərbaycan ordusu ilə qürur duyduqlarını ifadə edblər. Bildirilib ki, Azərbaycan güclü ordusu ilə tezliklə Ermənistan üzərində qələbə çalacaq, öz torpaqlarını işğaldan azad edəcək.