XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2021 - 21:52

Otuz ölkəyə xeyriyyə velosəyahətinə çıxan britaniyalı Azərbaycana gələcək

Böyük Britaniyadan olan 26 yaşlı Lyuk Qrenfell-Şou xərçəng xəstələrinə dəstək üçün ötən ilin yanvarında başladığı “Bristoldan Pekinə qədər” (“Bristol2Beijing”-red) adlı velosiped ekspedisiyası çərçivəsində Türkiyədən Gürcüstanın Batumi şəhərinə çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gəncin velosiped səyahəti 30 ölkəni əhatə edəcək.

L.Qrenfell səyahətə ona 2018-ci ildə xərçəng xəstəliyi diaqnozu qoyulandan sonra hazırlaşmağa başlayıb. Onun məqsədi bu ağır xəstəlikdən əziyyət çəkən insanlara inam əldə etməyə kömək olmaq və onlar üçün 300 min avro toplamaqdır.

Anası ilə səyahətə çıxan britaniyalı gəncin velosəyahəti Batumidən Tbilisiyə, daha sonra isə Azərbaycana doğru davam edəcək.

“Bristoldan Pekinə qədər” layihəsi Avropanın bir sıra KİV-nin diqqətini cəlb edib. L.Qrenfelli Gürcüstanda BBC telekanalının reportyoru müşayiət edir. Müxbir velosipedçinin səyahəti haqqında sənədli filmi lentə alır.