XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2021 - 14:30

“Bu ərazilərdə daş daş üstündə qalmayıb” –Gürcü ekspert

“Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş, daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib”.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun ekspert Aleksandr Klaxadze bildirib.

Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb: “Eyni zamanda ərazilər minalanıb, bu minalardan təmizləmək üçün uzun illər zamandır. Biz Cəbrayıl və digər rayonlarda da olacağıq.” /APA