XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2021 - 17:49

Tovuzda yanğın olub:xəsarət alan var

Tovuz rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Hadisə Bozalqanlı kəndində, sakin Sahib Hənova məxsus ümumi sahəsi 80 kvadratmetr olan fərdi evdə olub. Hadisə zamanı ev sahibinin qızı Nigar Həsənova xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.