XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2021 - 21:28

Avropa İttifaqı Şurası Prezidentinin Gürcüstana səfəri başlayıb –Siyasi partiyaların nümayəndələri ilə də görüşəcək

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Gürcüstana ilk səfəri başlayıb.

Onu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.

Ş.Mişel rəsmi görüşləri sabahdan etibarən keçirəcək.

O, səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Arçil Talakvadze, həmçinin siyasi partiyaların nümayəndələri ilə də görüşəcək.

Aİ-nin ali rəsmisinin Gürcüstana səfəri martın 2-də başa çatacaq. Gürcüstandan sonra o, Ukraynaya yola düşəcək./Report