XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 13:21

Məşhur futbolçu da Qarabağda baş verənlərə münasibət bildirdi:"Mülki əhali hədəf olmamalıdır"

Toni Adams

Hazırda "Qəbələ" İdman Klubunun futbol direktoru vəzifəsində çalışan Toni Adams son günlər Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar açıqlama verib.

Report.az-ın məlumatına görə, ötənlərin əfsanəvi futbolçusu münaqişənin yenidən alovlanması, mülki şəxslərin yaralanması, qətlə yetirilməsi, eləcə də, yaşayış məntəqələrinin dağıdılmasının yolverilməz olduğunu bildirib. 

"Azərbaycanda yaşadığım müddətdə dəfələrlə azərbaycanlı məcburi köçkünlərlə görüşmüşəm, onların düçar olduğu problemlərlə yaxından tanışam. Onların dərdinə şərik çıxıram. Ümidvaram ki, onlar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar. “Qəbələ” İdman Klubunun üzvləri ümid edir ki, Dağlıq Qarabağda sülh bərqərar olacaqdır. Müharibədə mülki vətəndaşlar heç vaxt hədəf olmamalı, onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər" – deyə T.Adams vurğulayıb. 

Qeyd edək ki, Toni Adams Böyük Britaniyanın ən məşhur və tanınan futbolçularındandır. “Cənab Arsenal” kimi tanınan əfsanəvi idmançı 22 illik karyerası ərzində 500 dəfə komanda tərkibində oyunlarda iştirak edib və İngiltərədə 66 kubok qazanıb. Həmçinin, o, öz ölkəsinin yığmasının kapitanı olub. 2010-cu ildən başlayaraq, T.Adams Azərbaycanda çalışır. Əvvəlcə, “Qəbələ” futbol komandasının baş məşqçisi, daha sonra klubun futbol direktoru kimi fəaliyyət göstərməyə başlayıb.