XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2021 - 16:39

Gürcüstanda partlayışda azərbaycanlı məktəbli ölüb –FOTO

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda məktəb binasının yaxınlığında partlayış baş verib. 

Hadisə nəticəsində etnik azərbaycanlı olan 11 və 15 yaşlı iki qardaş yaralanıb.

Ağır bədən xəsarətləri alan 15 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Atasının sözlərinə görə, partlayışa səbəb uşaqların məktəbdən qayıdarkən tapdığı naməlum əşya olub. 

Partlayış baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır. (apa)