XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2021 - 20:38

Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib- "Azərsığorta"

Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitin həcmini açıqlayıb.

“Azərsığorta”dan “APA-Economics”ə verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 mln. manatdan artıq ödəniş edilib.

Qeyd edək ki, sığorta ödənişləri “Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq həyata keçirilib.