XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2021 - 23:27

“Global Stats”:"Google" Azərbaycanda populyarlığını qoruyub saxlayır

2021-ci ilin fevralında Azərbaycanın axtarış sistemi bazarında 96,13 faiz paya sahib olan “Google” ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edir.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir. Yanvar ayı ilə müqayisədə “Google” axtarış sisteminin payı 0,27 faiz artıb.

Hesabat dövründə “Yandeks.Poisk” axtarış sisteminin payı 0,06 faiz azalaraq 2,24 faiz təşkil edib. “Yandex” axtarış sisteminin payı isə 0,08 faiz azalaraq 0,64 faizə bərabər olub.

Eyni zamanda, “Bing”in bazardakı payı 0,08 faiz azalıb və 0,36 faiz təşkil edib. Azərbaycanın axtarış sistemi bazarında 0,64 faiz digər axtarış sistemlərinin payına düşüb.