Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı daha 22498 nəfər vaksinasiya olunub.
Strateq.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293,360 nəfər peyvəndlənmə prosesində iştirak edib: “Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir”.