XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2021 - 16:31

Magistraturalara qəbul imtahanının nəticələri elan olunub

Magistraturalara qəbul imtahanının nəticələri açıqlanıb.

Strateq.az xəbər verir ki, bununla bağlı bakalavrlara SMS göndərilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 28-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanı keçirilib. Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

İmtahanda iştirak üçün  19885 bakalavr ərizə təqdim edib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.