XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 00:23

Dünyada COVİD-19:son 24 saatda yoluxanların sayı 348281 nəfər artıb

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

Məlumata görə, son 24 saat ərzində dünya ölkələrində virusa yoluxanların sayı 348 281 nəfər artıb. Nəticədə ümumi yoluxanların sayı 114 428 211 nəfərə çatıb.

Son sutkada müalicə alan 7 807 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Bütövlükdə 2 543 755 nəfər pandemiya qurbanı olub.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Dünyada ən çox yoluxma halı ABŞ (28 345 585), Hindistan (11 139 516) və Braziliyada (10 587 001) və Rusiyada (4 278 750) qeydə alınıb/Report.