XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2021 - 15:06

Ermənistanın ehtiyatda olan hərbçilər etiraz aksiyası keçirəcək –Baş Qərargah rəisinə görə

Ermənistanın ehtiyatda olan hərbçiləri martın 6-da ölkənin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirəcəklər.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə bir qrup keçmiş hərbçinin müraciətində bildirilib.

Məqsəd baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyana dəstək verməkdir.

Onlar Ermənistan ordusunun veteranlarını, keçmiş hərbçiləri mitinqdə iştirak etməyə çağırıblar/Report.