XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 22:35

İmran Xan:"Prezident İlham Əliyevi təbrik edirəm”

İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan Azərbaycana messaj verib.

Strateq.az xəbər verir ki, əvvəlcə sammit iştirakçılarını salamlayan Baş nazir Azərbaycanı Qarabağdakı qələbəsi münasibətilə təbrik edib:

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd edib. Təşkilata sədrliyin Türkiyəyə keçdiyini deyən Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.