XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 19:11

Bütün restoran və şadlıq evlərindəkameralar quraşdırılıb

restoran

Bütün restoranlarda və şadlıq evlərində kameralar quraşdırılıb. Qeydiyyat kitabları da paylanılıb.

Azərtac xəbər verir ki, bunu Bakı Vergilər Departamentində jurnalistlər üçün keçirilən “Açıq qapı günü”ndə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, bu addım yüksək qiymətə toy mərasimlərinə qatılan müğənnilərin vergidən yayınmasının qarşısını almaq məqsədilə atılıb. O, bu məsələlərə nəzarətin restoran administrasiyası tərəfindən həyata keçirilməli olduğunu söyləyib.

Qeyd olunub ki, il ərzində toylardan bir neçə min manat qazanan şou-biznes adamları ilin sonunda 40-50 manat vergi ödəyirlər. S.Ələkbərov, həmçinin əlavə edib ki, şou-biznes nümayəndələrinin çoxunun heç VÖEN-i də yoxdur.