XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2021 - 11:40

Ermənistanda koronavirus:2 nəfər ölüb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 174 679  nəfərə çatıb.

Ötən sutka ərzində daha 422 nəfər COVİD-19-a yoluxub, 2 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3221 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 825 nəfərə yüksəlib. /APA