XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2021 - 15:32

Kürdə batan şəxsin meyiti tapıldı –FHN-dən açıqlama

Kürdə batan şəxsin meyiti tapılıb.

Strateq.az FHN-ə istinadla bildirir ki, yanvarın 31-də FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.