XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2021 - 14:11

Baş endokrinoloq:"Şəkərli diabet xəstələri mütləq COVID-19 peyvəndi vurdurmalıdır"

“Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyidə normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir”.

Bunu Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi deyib.

Onun sözlərinə görə, qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır: “Bu səbəbdən COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir. Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır”/APA.