XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 13:36

Deputat:“Bələdiyyələrin əsas problemi yerli icra hakimiyyəti orqanlarından asılılıqdır”

“Bələdiyyələrin qaldırdığı əsas problemlərindən biri yerli icra hakimiyyəti orqanlarından asılılıqdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bu asılılıq aradan qaldırılmadığı müddətcə bələdiyyələrin səmərəli fəaliyyətindən söhbət gedə bilməz: “Bələdiyyələrin kadastr sənədləri olmadığından əkin sahələri üçün verilən subsidiyaları ala bilmir”.

Deputat deyib ki, bələdiyyələrin real vəziyyətini bilmək üçün onların təmsilçiləri dinlənilməlidir: “Bələdiyyələrin dinlənilməsi nəticəsində bu sahədə nə qədər problem olduğunu və qarşıda duran vəzifələri daha yaxından öyrənmək olar”.