XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 22:02

Veteran adı və vəsiqəsi verilən şəxslərin sayı açıqlanıb

Müdafiə Nazirliyində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən 7,4 min ərizənin baxılması təmin edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, komissiyanın qərarları əsasında 1,4 mindən çox şəxsə müvafiq veteran adı və vəsiqəsi verilib (müharibə veteranı 1,2 min nəfər, Silahlı Qüvvələr veteranı 182 nəfər və Əmək veteranı 5 nəfər).

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq/Report.