XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2021 - 22:06

Təhsil naziri özlərini 9-cu mərtəbədən atan 2 məktəbli ilə bağlı paylaşım edib

“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik”. 

APA xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “facebook” hesabında paylaşıb.

Nazir qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edək ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə ölüb.